CƏMİYYƏT


Xətai rayonunda 500-dən çox şam və küknar ağacı əkilib

Bakı, 29 noyabr, AZƏRTAC

Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Xətai rayonunda yaşıllaşdırma marafonu çərçivəsində keçirilən ənənəvi ağacəkmə aksiyası bu dəfə Babək prospekti boyunca aparılıb.

AZƏRTAC xəbər verir ki, ”Ağac əkək, qoruyaq, yaşadaq” şüarı altında keçirilən aksiyaya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, rayon sakinləri ilə yanaşı bir sıra təhsil müəssisələrinin müəllim və şagirdləri də qoşulub. Aksiyanın məqsədi gənc nəslin diqqətini ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi, yaşıllıq zolaqlarını genişləndirilməsi və ekoloji tarazlığın bərpa edilməsinə yönəltməkdir.

Aksiyada 500 nəfər iştirak edib. Ümumilikdə 500-dən artıq şam və küknar ağacları əkilib. Davamlı keçirilən ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır və torpaq qatı münbitləşir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən yaşıllaşdırma marafonu mövsümün sonunadək davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.