CƏMİYYƏT


Xətai rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı dörd nəfər təxliyə edilib

Bakı, 17 yanvar, AZƏRTAC 

Bakının Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 62 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində 8 kvadratmetr sahədə mebel və üç məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın zamanı mənzildən dörd sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.