ELM VƏ TƏHSİL
Xəzər Universiteti beynəlxalq tələbə qəbulu elan edib
Bakı, 19 avqust, AZƏRTAC
Xəzər Universiteti 2022-2023-cü tədris ili üçün beynəlxalq tələbə qəbulu elan edib.
Qəbul zamanı universitetdə istər bakalavr, istərsə də sonrakı mərhələlərdə təhsil üçün geniş çeşiddə tələbə mübadiləsi, mobillik marşrutları, yüksək səviyyəli tədqiqatlarda birbaşa iştirak etmək üçün imkanlar təklif edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, artıq müraciətlərin qəbulu başa çatıb.
Qəbulun tələblərinə əsasən digər ölkələrin vətəndaşları öz ölkələrindən universitetə birbaşa müraciət ediblər. Müraciətçilər ərizə formasını bütün tələb olunan sənədlərlə birlikdə [email protected] ünvanına göndəriblər.
Qeyd edək ki, müraciətçilər Xəzər Universitetinin qəbul təklifindən sonra qanunvericiliyə görə bütün ölkə üzrə sənədləşmə işlərini birləşdirmək üçün beynəlxalq tələbələrin qeydiyyatını aparan hökumət sistemi portal.edu.az vasitəsilə tələbə kimi qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə qeydiyyat üçün son tarix sentyabrın 20-dir və bu müddəti qaçıran tələbələr cari ilin payız semestrindən təhsilə başlaya bilməyəcəklər.