CƏMİYYƏT


Xəzər dənizində dalğaların hündürlüyü 3,2 metrə çatıb

Bakı, 5 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin saat 20:00-а olan məlumatına əsasən Şəmkir, Tərtər, Zaqatala, Bərdə rayonlarına yağış yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun Qarağacı kəndinə saat 16:05-16:10 radələrində diametri 1,2-1,5 millimetr olan, həmçinin Tovuz rayonunun Haçıqaya kəndinə saat 16:30, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə isə saat 16:40 radələrində xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Naftalanda, Gəncədə 24, Tovuzda, Bakıda 23, Maştağada, Qum adasında 20, Sumqayıt, Binə, Çilov adası, Zabrat, Neft Daşlarında 17 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3,2 metrə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.