CƏMİYYƏT


Xəzər dənizinin Dağıstan sahillərində 100-ə yaxın suiti məhv olub

Moskva, 20 may, AZƏRTAC

Xəzər dənizinin Dağıstan sahillərində 100-ə yaxın suiti sahilə çıxaraq məhv olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal Balıqçılıq Agentliyi (“Rosrıbalovstvo”) məlumat yayıb.

Agentlikdən bildiriblər ki, Xəzər sularında balıq torları aşkar edilməyib və bu səbəbdən suitilərin balıqçılar tərəfindən öldürülməsi ehtimal olunmur.

İlkin məlumata görə, suitilərin ölümünə əlverişsiz hidrometeoroloji hava şəraiti səbəb olub. Nəsli kəsilməkdə olan Xəzər suitiləri Rusiyanın “Qırmızı kitabı”na daxil edilib. 2020-ci ildə Dağıstan sahillərində 300-dən çox ölmüş suiti tapılmışdı. O zaman alimlər suitilərin dəniz dibindən təbii qaz sızması nəticəsində məhv olduqlarını müəyyən etmişdilər.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.