MƏDƏNİYYƏT


“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Tərcümə Mərkəzinin müasir dünya ədəbi proseslərini işıqlandıran “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində “Nobel kürsüsü” rubrikasında Yorqos Seferisin şeirləri, “Yubiley” rubrikasında Afaq Məsudun şairə həsr edilmiş essesi və Vaqif Bayatlı Odərin şeirləri yer alıb.

Nəşrin digər rubrikalarında Lao Tszının “Dao de Dzin” əsəri, Karlos Fuentesin “Aura” hekayəsi, akademik Nizami Cəfərovun “Әhdi-Әtiqdən Әhdi-Cədidə” məqaləsi, “Tövrat”dan tərcümə edilmiş birinci hissə, Adonis (Әli Әhməd Səid İbsir), Vilya-Tuliya Huotarinen və Katarina Vuopunenin şeirləri, Simon Vestdeyk və Olqa Tokarçukun hekayələri, Haynrix Böllün “Kişisiz ev” romanının davamı, Ernest Heminqueyin “Həmişə səninlə olan bayram”, Covanino Quareskinin “Don Kamillonun kiçik dünyası” əsərləri oxuculara təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.