Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Xəzər gilavarı belaruslu şairin poeziyasına əbədi həkk olunub

Xəzər gilavarı belaruslu şairin poeziyasına əbədi həkk olunub

Bakı, 12 may, AZƏRTAC

MDB ölkələri üzrə “Sozvuçie” Beynəlxalq Ədəbiyyat və Publisistika Portalında “Azərbaycan və Rıqor Borodulin” adlı məqalə dərc edilib. Məqalənin müəllifi Belarus Respublikasının informasiya naziri, tanınmış yazıçı və publisist Ales Karlyukeviçdir.

AZƏRTAC xəbər verir ki, məqalədə Belarus və Azərbaycan ədəbi əlaqələrindən söhbət açılır. Müəllif diqqətə çatdırır ki, hələ 1930-cu illərdə Azərbaycan yazıçıları Belarusun xalq nəğməkarlarını - Kupala və Kolasın yaradıcılığını təbliğ edirdilər. 1935-ci ildə “İnqilab və mədəniyyət” jurnalında Yanka Kupala barədə məlumat dərc olunmuşdu. 1939-cu ildə isə Kupala Nizaminin 800 illik yubiley tədbirlərinin təşkili üzrə komissiyanın tərkibinə daxil edilmişdi. Belarus xalqının nəğməkar şairinin “Oğlan və təyyarəçi” adlı kitabı 1940-cı ildə Bakıda nəşr edildi. Bundan başqa, müxtəlif illərdə Bakıda Edi Oqnesvetin, Pyotr Brovkanın, Yelena Vasilyeviçin, Pavel Kovalyovun, Kastus Kireyenkonun, Yakub Kolasın və digər belaruslu müəlliflərin kitabları nəşr olunub.

Məqalədə daha sonra deyilir: “Belarusun tanınmış şairi və tərcüməçisi Rıqor Borodulinin Azərbaycanla əlaqələri barədə danışmaq istəyirəm. Rıqor Borodulinin Azərbaycanda cəmi bir neçə şeiri “Ədəbiyyat və incəsənət” (1975) qəzetində və “Ulduz” (1977) jurnalında dərc edilib. Bu şeirləri Azərbaycan dilinə İsa İsmayılzadə və Abbas Abdulla çevirib. Amma dəqiq məlumdur ki, 1967-ci və 1981-ci illərdə Rıqor Borodulin Azərbaycanda olub, Bakını özü üçün “kəşf” edib. Belarusun klassik şairi Azərbaycan haqqında neçə-neçə şeir yazıb, azərbaycanlı dostlarına şeirlər ithaf edib. O, 1967-ci ildə Azərbaycanın Xalq şairləri Məmməd Arazla, Fikrət Qocayla görüşüb tanış olur və qayıdandan sonra Fikrət Qocaya “Etiraf poeması: Azərbaycana məktub” adlı əsər həsr edir. Bu poema 1973-cü ildə onun “Rum” şeirlər kitabında çıxıb. Görünür, Rıqor Borodulin Bakıda hərbi hissədə təxminən üç həftəlik toplanış təcrübəsində imiş. Bu barədə Bakı Hərbi Hava Qüvvələri Dairəsinin qəzetində yazılıb..."

Məqalədə daha sonra oxuyuruq: “Onun 1981-ci il Bakı səfəri isə daha dolğun və zəngin olub. Rıqor İvanoviç Azərbaycan paytaxtına 1981-ci il mayın 31-də gəlib. Gündəliklərinin birində yazır: “Şəhəri gəzirəm. Bakının havasından neft qoxusu gəlir. Şəhəri həm tanıyıram, həm də tanıya bilmirəm. Çayxanalar ağacların kölgəsində...”.

Bakıya Rıqor İvanoviçlə birlikdə televiziya briqadası da gəlib. Onların sırasında Belarus Dövlət mükafatı laureatı, Belteleradionun baş teleoperatoru, kinooperator Vladimir Pranko da vardı. Şairin gündəliyindən oxuyuruq: “...Yolda Vilayət Rüstəmzadəyə rast gəldik (Belarus barədə poema yazmışdı, qardaşı həlak olmuşdu, izini tapmışdılar), Maşerov qəbul eləmişdi. O, verilişdə iştirak etməyə razılıq verdi. Cümə axşamı poemanın axırının sətri tərcüməsi hazır olacaq”.

Belarus şairi öz gündəliklərində və bloknotlarında çoxlu Azərbaycan sözləri və onların adlarını yazıb. Onun diqqətini bir çox melodiyalı sözlər çəkib - torpaq, vətən, nağıl, layla... sözləri. Belarus şairi onların mənasını köhnə lüğətlərdən tapıb. Rıqor Borodulin Bakıda yazıçı Sabir Əhmədovla, şair, yazıçı və publisist Məmməd İsmayılla da tanış olur.

Müəllif qeyd edir ki, televiziya filminin çəkilişlərinə hazırlıq mərhələsində Borodulin Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovla (1910-1988) da görüşür. (Haşiyə: Böyük Vətən müharibəsində Aslan Vəzirov Belarusun alman faşistlərindən azad edilməsi uğrunda döyüşüb. 1944-cü ilin mayında o, 1-ci Qvardiya mühəndis-istehkamçı briqadasının komandiri təyin olunub. Pronya və Basya çayları ətrafında almanların müdafiə mövqelərinin yarılmasında iştirak edib. Mogilyov rayonunda Dnepr çayını döyüşə-döyüşə keçib. Onun briqadası məşhur “Mogilyov briqadası” kimi tarixə düşüb. Bu döyüşlərdə briqadasına bacarıqla rəhbərlik etdiyinə və göstərdiyi şücaətə görə o, ikinci dəfə Qırmızı Ulduz Ordeni ilə təltif edilib. Halbuki Vəzirov buna qədər iki dəfə kontuziya almışdı, lakin döyüş meydanını tərk etməmişdi).

Şübhəsiz, Rıqor Borodulinin Azərbaycan və azərbaycanlılarla ozamankı may-iyun görüşləri onun yaradıcılığına da yeniliklər gətirib, bu uzaq ölkənin Belarusda tanınması və dərk edilməsi istiqamətində mühüm rol oynayıb. Xəzər gilavarı Belarusun Xalq Şairinin poeziyasına əbədi həkk olunub. Buna zərrə qədər şübhə yoxdur. O, Minskdə yaşayan azərbaycanlı rəssam Kamil Kamalın emalatxanasına çox böyük həvəslə gedərdi. Bu qrafika və təsviri sənət ustasının yaradıcılığı barədə ürək genişliyi ilə gözəl sətirlər də yazmışdı. Fırça ustası isə Rıqor Borodulinin portretini yaradıb. İndi bizim şairimiz həyatda yoxdur, amma rəssam onun Çin poeziyasından etdiyi tərcümələr kitabına gözəl tərtibat verib. Kamil Kamalın aşağıdakı fikirləri də Ales Karlyukeviçin diqqətindən yayınmayıb: “Yaxşı olar ki, Rıqor Borodulinin tərcüməsində Azərbaycan şairlərinin şeirlərini də toplayaq, onun Azərbaycan və azərbaycanlılara həsr etdiyi poetik toplusunu nəşr edək. Mən böyük məmnuniyyətlə bu topluya illüstrasiyalar hazırlayaram. Borodulinin şeirlərini, Səməd Vurğunun və Fikrət Sadıqın Belarus dilindəki şeirlərini və onun “On üç şam” poemasını topluya daxil edək”.

Sonda Belarusun informasiya naziri Ales Karlyukeviç belə bir ədəbi layihənin - iki həqiqi yaradıcı şəxsiyyətin dostluq layihəsinin reallaşdırılacağına və bu layihənin iki xalq arasında mədəni bağların daha da möhkəmlənəcəyinə bir töhfə olacağına ümidvar olduğunu bildirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qan vermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

® “AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: “Heydər Əliyev şəkillərdə”

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib