CƏMİYYƏT
Xəzər rayonunda avtomobillərdən və evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıb
Bakı, 19 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki avtomobildən pul və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov yaxalanıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğa cəhd etdiyinə görə tutulmuş E.Mustafayevin və M.Xəlilovun ətraflarında Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Balakən rayon sakini, əvvəllər məhkum olunmuş T.Hacıyevlə birgə martın 11-də rayondakı mağazaların birindən içərisində 1213 manat olan seyfi oğurlamaları da müəyyənləşdirilib.
Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.