CƏMİYYƏT


Xəzər rayonunda gələcəkdə kikboksinq üzrə bir sıra idman yarışlarının təşkili nəzərdə tutulur

Bakı, 7 may, AZƏRTAC

Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev Vətən Kikboksinq Klubunun direktoru Anar Heydərquliyevlə görüşüb.

İdarədən AZƏRTAC-a bildiriblər ki, görüşdə gələcəkdə nəzərdə tutulan kikboksinq üzrə bir sıra idman yarışlarının təşkili məsələləri də müzakirə edilib.

Həmçinin görüşdə Xəzər Rayon Gənclər və İdman İdarəsi və klub arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən rayonda idmanın hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.