ELM VƏ TƏHSİL


Xəzər və Niğde Ömer Halisdemir universitetləri arasında anlaşma protokolu imzalanıb

Bakı, 13 mart, AZƏRTAC

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, türkiyəli şair-yazıçı İmdat Avşar Türkiyənin Niğde Ömer Halisdemir Universitetində olublar.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, Türkiyə universitetinin rektoru, professor Muhsin Kar qonaqlara rəhbərlik etdiyi bu ali məktəb haqqında məlumat verib. Hamlet İsaxanlı Xəzər Universiteti, oradakı fakültələr və ixtisaslar haqqında danışıb.

Görüş çərçivəsində iki universitet arasında anlaşma protokolu və Mövlanə mübadilə protokolu imzalanıb.

Daha sonra qonaqlar universitet və orada yaradılmış müasir laboratoriyalarla tanış olublar. Hər iki universitetin rəhbəri gələcəkdə birgə simpoziumlar, konfranslar keçirməyi qərara alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.