CƏMİYYƏT


Xidməti vəzifələrini yerinə yetirən əməkdaşa qarşı zor tətbiq edən şəxs tutulub

Xidməti vəzifələrini yerinə yetirən əməkdaşa qarşı zor tətbiq edən şəxs tutulub

Bakı, 23 may, AZƏRTAC

Mayın 18-də Ağstafa su anbarının Qazax rayonu ərazisinə düşən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarına odlu silahdan atəş açılması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Qazax Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı qeyd edilən idarənin əməkdaşları Yaşar Məmmədov və Cəbi Məmmədhüseynovun xidməti vəzifələrini yerinə yetirərək qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri çərçivəsində həmin su hövzəsindən balıq ovu üçün nəzərdə tutulan torları yığan zaman rayon sakini Fərman Mustafayevin təxminən 150 metr məsafədən atəş açaraq Yaşar Məmmədova xəsarət yetirməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Fərman Mustafayev saxlanılıb və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.