CƏMİYYƏT
Xırdalanda ikimərtəbəli fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində yaralananlardan 5-i evə buraxılıb
Bakı, 26 yanvar, AZƏRTAC
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində yaralananların vəziyyəti açıqlanıb.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova AZƏRTAC-a bildirib ki, xəstələrdən 5-i evə buraxılıb: “Emil Əliyev, Arif Hüseynov, 11 yaşlı Firudin Musayev, Simayə Ələzova və Xədicə Şükürzadə evə buraxılıblar. Vüsal Musayevin müalicəsi isə reanimasiya şöbəsində davam etdirilir”.
Qeyd edək ki, hadisə nəticəsində 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]