İQTİSADİYYAT
Xırdalandan Yeni Yasamal istiqamətində alternativ yol çəkiləcək VİDEO
Bakı, 20 avqust (AZƏRTAC, Ceyhun Rüstəmov). Xırdalandan Yeni Yasamal istiqamətində alternativ yolun çəkilişi nəzərdən keçirilir.
Bu barədə AZƏRTAC-a məlumat verən Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov qeyd edib ki, hazırda bununla bağlı müvafiq işlər aparılır. “20 Yanvar” dairəsinə daxil olmadan birbaşa dairəvi avtomobil yoluna çıxışı təmin edəcək yeni yol paytaxtın şimal girişində nəqliyyat sıxlığını aradan qaldırmaq məqsədi daşıyır.
Bakı və Sumqayıt arasında elektrik qatarı xəttinin çəkilməsi məsələsinə də toxunan nazirliyin mətbuat katibi bildirib ki, bununla bağlı xarici tərəfdaşlarla müzakirələr aparılıb. Lakin bu xəttin çəkilişi böyük həcmdə vəsait tələb etdiyindən, hələlik konkret qərar qəbul edilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]