CƏMİYYƏT


Xocalı soyqırımını dünyada daha da tanıtmaq istiqamətində səylər gücləndirilməlidir

Bakı, 24 fevral, AZƏRTAC

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil edib.

TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, Birliyin sədri Çingiz Bayramov Xocalı soyqırımının səbəb, məqsəd və nəticələrinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının vacibliyindən danışıb. Xocalı soyqırımını “əsrin cinayəti” adlandıran Ç.Bayramov Ermənistanın beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğunu bildirib. TUMİB sədri deyib ki, Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin Azərbaycana münasibətdə ikili standartlarla çıxış etməsinin bariz nümunəsidir.

Şairə-publisist Nəsibə İsrafilqızı vurğulayıb ki, ermənilər 28 il əvvəl Xocalıda qocalara, qadınlara, uşaqlara, xəstələrə divan tutmaqla məkrli niyyətlərini nümayiş etdiriblər. Ermənilər tarixboyu bu cinayəti törətdikləri üçün bəşəriyyət tərəfindən lənətlənəcəklər.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Xocalı faciəsi barədə həqiqətlərin gələcək nəsillərə ötürülməsinin önəmindən danışıb.

Aprel döyüşlərinin iştirakçısı, karate üzrə dünya çempionu Vüsal Abdullazadə, Qarabağ qazisi Seymur Abdullayev, Türkiyənin nüfuzlu “A Haber” televiziya kanalının MDB ölkələri üzrə təmsilçisi Aqşin Kişiyev bildiriblər ki, Xocalı faciəsinin qisası döyüş meydanında alınmalıdır. Azərbaycanın müzəffər orduya malik olduğunu diqqətə çatdıran çıxışçılar işğal altındakı Azərbaycan torpaqlarının tezliklə düşməndən azad ediləcəyinə inamlarını ifadə ediblər. Xocalı soyqırımını dünyada daha da tanıtmaq istiqamətində səyləri gücləndirməyin vacibliyini vurğulayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.