REGİONLAR


Xocavəndli məcburi köçkünlər 10 milyonuncu sakinin dünyaya gəlməsini sevinclə qarşılayıblar

Beyləqan, 9 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsini sevinclə qarşılayan xocavəndli məcburi köçkünlər bu əlamətdar hadisəni müxtəlif tədbirlərlə qeyd ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları 320 ailəlik qəsəbədə ağacəkmə aksiyası keçirilib. “Ölkəmizi tanıyaq” tur-aksiyasının Xocavənd rayonundan olan iştirakçıları tərəfindən 100 ədəd həmişəyaşıl ağac əkilib.

Xocavənd qəsəbəsindəki Bayraq Meydanında “N” saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə keçirilən fləşmob sakinlər tərəfindən maraqla qarşılanıb. Xocavənd rayon mədəniyyət evinin kollektivinin hazırladığı konsert proqramı məcburi köçkünlərdə bayram əhval-ruhiyyəsi yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.