İDMAN


Xorvatiya-Belçika matçı: Start heyətlər açıqlanıb

Xorvatiya-Belçika matçı: Start heyətlər açıqlanıb

Bakı, 1 dekabr, AZƏRTAC

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının F qrupunda üçüncü tur çərçivəsində üz-üzə gələcək Xorvatiya və Belçika milli komandalarının start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Xorvatiya millisinin start heyətində Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, İvan Perişiç, Marko Livaya və Andrey Kramariç yer alıblar.

Belçika yığmasının heyətində isə meydana Tibo Kurtua, Tobi Alderveyreld, Yan Vertongen, Timoti Kastan, Aksel Vitsel, Leander Dendonker, Yannik Karrasko, Kevin De Brüyne, Leandro Trossard, Dris Mertens və Toma Mönye çıxacaqlar.

Bakı vaxtı ilə saat 19:00-da başlayacaq oyun “Əhməd ibn Əli” stadionunda keçiriləcək və matçı İngiltərədən olan hakim Entoni Teylor idarə edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.