DÜNYA


Xorvatiya Bosniya və Herseqovina ilə sərhədi möhkəmləndirir

Zaqreb, 11 iyun, AZƏRTAC

Xorvatiya ilə Bosniya və Herseqovina arasındakı sərhəddə yerləşən Malevats keçid məntəqəsindəki körpünün üzərində hündür metal sədd qurulub.

AZƏRTAC xəbər verir ki, səddin qurulmasına səbəb Avropa İttifaqına üz tutan qeyri-qanuni miqrantların Bosniyadan Xorvatiyaya üz tutmasıdır.

Qeyd edək ki, Avropa İttifaqında sığınacaq axtaranların sayı bu il də artıb. Cari ilin yanvar-aprel ayları arasında sığınacaq üçün 207 min miqrant müraciət edib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.