Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Xudafərin - zəfərimizin ilk körpüsü

Xudafərin - zəfərimizin ilk körpüsü

Ağsu, 26 oktyabr, Adil Ağayev, AZƏRTAC

Azərbaycan həm əlverişli coğrafi, həm də mühüm hərbi-strateji mövqeyə sahibdir. Ərazimizdə istər ticarət, istərsə də hərbi məqsədlər üçün çox sayda körpülər inşa edilib. Onlardan biri də ümumdünya tarixi-mədəni irs nümunələrindən olan Xudafərin körpüləridir. Araz çayı üzərində inşa olunan Xudafərin körpüləri düz 26 il idi ki, erməni əsrliyində idi. Nəhayət, 2020-ci il oktyabrın 18-də - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Silahlı Qüvvələrimiz tərəfindən azad edildi.

Xalqımız üçün həm də mənəvi əhəmiyyəti böyük olan Xudafərin körpülərinin tarixi, milli memarlıq, sosial-iqtisadi və siyasi əhəmiyyəti barədə AZƏRTAC-ın bölgə müxbirinin suallarını cavablandıran tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli deyib: Xudafərin körpülərinin və ətraf yaşayış məntəqələrinin azad olunması nəinki tarixi və mədəni, həm də siyasi və iqtisadi hadisədir. Tarixçilərin ehtimallarına görə, Xudafərin körpülərinin özülləri antik dövrdə atılıb. Bu körpülər yüz illərlə transkontinental yollar üstündə yerləşib, təkcə ölkədaxili və ölkələrarası əlaqələrdə deyil, qitələrarası qarşılıqlı münasibətlərdə, xüsusilə İpək yolu üzərində yararlı olub.

Tarixçi qeyd edib ki, müxtəlif vaxtlarda ayrı-ayrı xalqların və qüvvələrin yerdəyişməsini - miqrasiyasını istiqamətləndirən Xudafərin körpüləri eneolit dövründən üzübəri Azərbaycan tərəkəmələrinin baş köç yolunun, hər il cənubdan Arana və Qarabağa gedən güclü yaylaq və qışlaq axınlarının da qovşağı olub. Xudafərin körpülərinin adı çoxsaylı tarixi yazılı mənbələrdə çəkilir, Arazboyu siyasi-iqtisadi hadisələrlə bağlılığı vurğulanır.

Körpülərin böyüyü Xudafərin kəndində olub, on beş aşırımlıdır. Həmin körpünün hələ VII əsrdə Məhəmməd Peyğəmbərin səhabəsi Bukeyr ibn Abdullah tərəfindən tikilməsi haqqında Həmdullah Qəzvini "Qəlblərin əyləncəsi" əsərində bəhs edib. O, Araz çayı üzərindəki Xudafərin körpüsünün çoxlu kəndləri olan Zəngilan nahiyəsində yerləşdiyini bildirir. F.Xəlilli deyib: Müasir dövrdə Xudafərin körpüsündən yazanların çoxu tarixçi olmadığı üçün Peyğəmbərin səhabəsi və Muğanın fatehi olan Bukeyr ibn Abdullahın adını yanlış olaraq "Bəkr" kimi təqdim edirlər. Əslində Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində bunu açıq-aydın yazır ki, Xudafərin körpüsünü səhabə Bukeyr ibn Abdullah xəlifə Ömər ibn Xəttab dövründə, müsəlmanların Azərbaycana yürüşü vaxtı inşa edib. Bu da maraqlıdır ki, Peyğəmbərin səhabəsi Bukeyr ibn Abdullah elə Azərbaycan, Qarabağ torpaqlarında şəhid olub. Bukeyr ibn Abdullah qədim körpünü yenidən qurduğu kimi, onun ucaltdığı körpü də sonralar dəfələrlə bərpa və təmir edilib. AMEA-nın müxbir üzvü, memar Cəfər Qiyasi yazır ki, indiki on beşaşırımlı körpü memarlıq xüsusiyyətlərinə görə XII əsrin abidəsidir. Körpü tağlarının dayaqları təbii özüllər-qayalar üstündə ucaldılıb. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metr, ən iri tağ aşırımı 8,70 metr, ən kiçik tağ aşırımı 5,80 metrdir. On beşaşırımlı körpüdən 750 metr qərbdə yerləşən on biraşırımlı körpü başdan-başa daşdan tikilib və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. AMEA-nın müxbir üzvü, memar Cəfər Qiyasi bu körpünün XIII əsrdə Elxanilərin hakimiyyəti illərində antik körpü qalıqları üstündə yenidən tikildiyi fikrindədir. Onun uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Körpünün üç orta tağı salamat qalıb. Sahil tağları isə XX əsrin 30-cu illərində İranla gediş-gəlişi kəsmək üçün dağıdılıb. Həmin vaxtdan körpünün yeni bir adı yaranıb: Sınıq körpü. Tikinti materialı və memarlıq biçimlərinə görə daha monumental görünən on biraşırımlı körpüdə oyma naxışlı dairəvi biçimli daş bəzək lövhəsi də aşkar edilib.

Böyük konstruktiv dayanıqlığı ilə yanaşı, Xudafərin körpülərinin, xüsusilə Sınıq körpünün güclü bədii ifadəliliyi var. Onlar öz ətrafında hər iki sahildə olan çoxlu mədəni dəyərləri – müxtəlif tipli memarlıq, tarix-arxeologiya və təbiət abidələrini birləşdirir.

Qeyd edək ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq mühəndis həlli və sair görə Xudafərin körpüləri universal dəyərli abidələrdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyini nəzərə alaraq, Xudafərin körpülərinin UNESCO-nun Dünya İrsi Siyahısına salınması məqsədilə tədbirlər həyata keçirməyi planlaşdırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib