REGİONLAR
Xudatda idarəetmədən çıxan avtomobil təbii qaz şəbəkəsinə ziyan vurub
Bakı, 24 fevral, AZƏRTAC
Xaçmaz rayonu, Xudat şəhəri ərazisində qarlı hava şəraitində idarəetmədən çıxan avtomobil təbii qaz şəbəkəsinə də ziyan vurub.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, 3 kənddə xidmət göstərən diametri 57 millimetr olan qaz xəttini minik avtomobili zədələyib. Mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Xaçmaz Regional Qaz İstismarı İdarəsinin əməkdaşları təcili tədbirlər görür ki, qazın verilişi tez bir zamanda təmin edilsin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]