İQTİSADİYYAT


Xüsusi karantin rejimi dövründə paytaxtda ekspres xətlərlə daşınan sərnişinlərin sayı açıqlanıb

Bakı, 2 iyun, AZƏRTAC

Xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədilə təşkil olunan paytaxtda 7 ekspres xətti 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspres xətlər üzrə ümumilikdə 1 milyon 500 minədək sərnişin daşınıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspres xətlər üzrə avtobuslarla 30 milyonadək sərnişin daşınıb. İcra olunan daşımalar zamanı avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi və digər xoşagəlməz hal yaşanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.