İDMAN
Xüsusi olimpiyaçı qızlar arasında futbol üzrə respublika seçmə yarışları keçirilib
Bakı, 16 aprel, AZƏRTAC
Xüsusi olimpiyaçı qızlar arasında futbol üzrə respublika seçmə yarışları keçirilib.
Azərbaycan Xüsusi Olimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbinin idman zalında keçirilən yarışda dörd divizion üzrə qaliblər müəyyənləşib. Yekun nəticələrə görə birinci divizionda ilk yeri Qaradağ rayonunun E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı xüsusi internat məktəbinin komandası tutub. İkinci divizionda fəxri kürsünün ilk pilləsində Sabunçu rayonu 11 saylı inteqrasiya təlimli internat məktəbinin futbolçuları qərarlaşıblar. Üçüncü divizionun ən güclüsü adına Xəzər rayonu 1 saylı sosial xidmət müəssisəsinin komandası layiq görülüb. Dördüncü divizionda Şəki regional proqramı (filialı) Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın idmançıları fərqləniblər.