İDMAN
Xüsusi olimpiyaçılar atletika yarışlarında iştirak ediblər
Bakı, 18 iyun, AZƏRTAC
Şağan Olimpiya İdman Kompleksinin stadionunda atletika üzrə hazırlıq və yoxlama yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışlarda xüsusi, internat və tam orta məktəbin şagirdləri, məzunları və eyni zamanda, ailələrdən olan xüsusi olimpiyaçılardan ibarət komandalar iştirak ediblər.
Turnirin yekun nəticələrinə görə 50 metr məsafəyə qaçışda oğlanlar arasında ayrı-ayrı divizionlarda Məcid Həmidov, Rəhim Hüseynov, Sadiq Abbasov, Əmrail Hacıyev, Alim Babayev, Sadiq Sultanov, Atilla Atakişiyev qalib olublar.
Qızların yarışında isə Yeganə Əsgərli, Aysel Əlizadə, Həvva Dadaşlı, Ayşə Abdullayeva birinci yeri tutublar.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil edilən turnirdə ümumilikdə 18 xüsusi, yardımçı məktəb və internatların, eyni zamanda 14 autizm təşkilatının yığmaları mübarizə aparıblar.
Turnir 2022-ci ildə keçiriləcək beynəlxalq yarışlara hazırlıq məqsədilə təşkil edilib.
AZƏRTAC-0-
(LQ, SəQ)