İDMAN


Xüsusi olimpiyaçılar üzgüçülük yarışlarında iştirak ediblər

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə xüsusi olimpiyaçılar arasında üzgüçülük üzrə yarış keçirilib.

AZƏRTAC xəbər verir ki, yarış Bakı Su İdman Sarayında baş tutub. Turnirdə xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından ibarət komandalar iştirak ediblər.

Yarışda yekun nəticələrə görə fərqlənən idmançılara mükafatlar təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.