ELM VƏ TƏHSİL
Xüsusi qabiliyyət tələb edən təsviri sənət istiqaməti üzrə işçi qrupunun növbəti iclası keçirilib
Bakı, 21 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən təsviri sənət istiqaməti üzrə işçi qrupunun növbəti iclası keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin təsviri sənət istiqamətinə aid ixtisasları üzrə kadr hazırlığı həyata keçirən mütəxəssisləri iştirak ediblər.
İclasda 2022-ci ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında rəsm fənni üzrə qiymətləndirmə zamanı tətbiq ediləcək alt meyarlar müzakirə olunub. Müzakirədə ekspertlər tərəfindən bir sıra təkliflər irəli sürülüb.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar haqqında ümumi məlumatlar “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləmək tövsiyə olunur.