REGİONLAR
YADDAŞ: 2020-ci il 8 oktyabr. Goranboyda yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binası artilleriyadan atəşə tutuldu VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri iki il öncə bu gün - oktyabrın 8-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsini top atəşinə tutub. Nəticədə qəsəbədə mülki infrastruktura, eləcə də Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına külli miqdarda ziyan dəyib.
AZƏRTAC iki il öncə hadisə yerindən çəkilən fotoları təqdim edir.
Baş Prokurorluğun məlumatında bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 8 oktyabr saat 13:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb, 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.