İQTİSADİYYAT


YANVARDA 744,15 MİN TON NEFT EMAL OLUNMUŞDUR

Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvarında respublikanın müvafiq müəssisələrində 678,1 min ton əvəzinə faktiki olaraq 744,15 min ton neft emal edilmiş, proqnoz 109,7 faiz yerinə yetirilmişdir.
Emal olunmuş neftin 462 min tonu Heydər Əliyev adına Bakı neft emalı zavodunun, 282,15 tonu isə “Azərneftyağ” neft emalı zavodunun payına düşür.
2007-ci ilin ilk ayında ötən ilin müvafiq dövrünə nisbətən həmin müəssisələrdə ümumilikdə təqribən 90 min ton artıq neft emal olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.