YAPONİYA ŞİRKƏTLƏRİ 4 MİLYON DOLLARA YAXIN KOMPENSASİYA ÖDƏMİŞDİR
AzerTAg.az
“Yanar tava” və “Atəşgah” dəniz yataqlarında kəşfiyyat quyuları qazan, sonradan qazmadan imtina edən yapon şirkətləri bağlanmış müqaviləyə əsasən Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) kompensasiya verməli idi. Danışıqlardan sonra şirkətlər qrupu 4 milyon dollara yaxın məbləğdə kompensasiyanı ödəmişdir.
ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə AZƏRTAC-ın müxbirinə demişdir ki, “Yanar tava”, “Atəşgah” və “Muğan-dəniz” yataqlarının işlənməsi ilə əlaqədar müqavilə bağlayan həmin şirkətlər 2001-2003-cü illərdə iki kəşfiyyat quyusunu qazmağa başlamışdı. Lakin “Yanar tava”dakı ilk quyunu layihə dərinliyinə çatdırmamış qazmanın mümkün olmadığını, “Atəşgah”dakı ikinci quyuda isə neft ehtiyatının azlığını bəhanə gətirən şirkətlər işi yarımçıq dayandırmışdı.
Artıq ARDNŞ bu yataqlarla yanaşı, “Babək”, “Qarabağ”, “Dan ulduzu” və “Əşrəfi” kimi perspektivli strukturların da işlənməsini özü həyata keçirmək niyyətindədir. Şirkətin maliyyə vəziyyəti yaxşılaşdıqca bu məsələ də öz həllini tapacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var