YAPON DİLİNİN TƏDRİSİ SƏVİYYƏSİ YÜKSƏLİR
AzerTAg.az
Bu il Bakı Dövlət Universiteti şərqşünaslıq fakultəsinin yapon dili şöbəsində ilk buraxılış və magistraturaya qəbul olacaqdır.
BDU-nun şərqşünaslıq fakultəsinin dekanı Elxan Əzizov AZƏRTAC-ın müxbirinə demişdir ki, yapon şöbəsini 2000-ci ildən öz qüvvəmizlə açmışıq. Yaponiyanın Azəbaycandakı səfirliyi bizi müəllim kadrları ilə təmin etmiş və müqaviləyə əsasən 350 min dollar qrant ayrılmışdır. Bu vəsatin hesabına yapon dili kabineti dərs vəsaitləri, müvafiq texniki avadanlıqla təchiz edilmiş, tezliklə yeni linqafon və kompüter kabinetləri açılacaqdır. Seçdikləri ixtisası dərindən öyrənmək üçün tələbələrimizi Yaponiyaya kurslara və təhsil almağa göndəririk. Gələn dərs ilindən rus şöbəsi ilə yanaşı Azərbaycan şöbəsi də açılacaqdır. Məqsəd yapon dili üzrə milli kadrların hazırlanması və tədrisin səviyyəsini yüksəltməkdir.
Xəbərin mətnində orfoqrafik səhv var