CƏMİYYƏT


YAP Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər

Bakı, 16 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda partiyanın rayon təşkilatının Gənclər Birliyinin sədri şəhid Elvin İmaməliyevin doğum günü münasibətilə onun ailəsini ziyarət ediblər.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Birliyin sədri Bəxtiyar İslamov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova, YAP Ağstafa rayon təşkilatının fəalları, Gənclər Birliyinin könüllüləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra YAP-ın Gənclər Birliyinin üzvləri partiyanın Ağstafa rayon təşkilatının Gənclər Birliyinin sədri şəhid Elvin İmaməliyevin məzarını ziyarət edib, onun ailə üzvləri ilə görüşüb, problemləri ilə maraqlanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.