CƏMİYYƏT
YAP Pirallahı rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 28-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirib. Bu barədə AZƏRTAC-a YAP Pirallahı rayon təşkilatından məlumat verilib.
H.Şikarov deyib ki, Yeni Azərbaycan Partiyası təkcə ölkənin deyil, regionun aparıcı siyasi təşkilatıdır. YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ölkədə keçirilən bütün seçki proseslərində Yeni Azərbaycan Partiyasının qələbəsini onun yenilikçi partiya olması ilə əlaqələndirib, partiyanın siyasi kursunun əsas aspektlərindən danışıb.
Sonra YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qarşıda duran vəzifələrdən danışaraq, ərazi ilk partiya təşkilatlarında işin günün tələbləri səviyyəsində qurulması, nümunəvi və zəif ərazi ilk partiya təşkilatları, ərazi ilk partiya təşkilatlarında maarifləndirici təbliğat tədbirlərinin gücləndirilməsini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Geniş diskussiya şəraitində keçən tədbirdə ərazi ilk partiya təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.