Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

YAP Səbail rayon təşkilatının “Botanik” ərazi ilk partiya təşkilatında Müstəqillik Günü münasibətilə yığıncaq keçirilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının “Botanik” ərazi ilk partiya təşkilatında (AMEA-nın Botanika İnstitutu) 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə yığıncaq keçirilib.

YAP Səbail rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, yığıncaqda Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev və Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə iştirak ediblər.

Əvvəlcə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş videofilm nümayiş olunub.

Akademik Validə Əlizadə XX əsrin 90-cı illərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasını yeni siyasi tariximizin ən əlamətdar və mühüm hadisəsi olaraq qiymətləndirib. O, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində və əbədiləşdirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri və əvəzolunmaz rolu haqqında danışıb. Qeyd edib ki, Ümummilli Liderin əsasını qoyduğu uzaqgörən siyasət və bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik idarəçiliyi nəticəsində bu gün müasir və müstəqil Azərbaycan dövləti dinamik şəkildə inkişaf edir, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşır. Bildirilib ki, Azərbaycan xalqının milli maraqlarına xidmət edən bu siyasəti dəstəkləmək və ölkəmizdə mövcud olan xalq-iqtidar birliyinin daimiliyini təmin etmək hər birimizin vətənpərvərlik borcumuzdur.

Professor Şəmsəddin Hacıyev çıxış edərək XX əsrin sonlarında respublikamızda milli özünəqayıdış hərəkatının başlanması, SSRİ kimi fövqəldövlətin dağılması nəticəsində dövlət müstəqilliyimizin bərpa olunmasının ilk illərində Azərbaycanda gedən son dərəcə gərgin, mürəkkəb və ziddiyyətli proseslər, ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən dərin siyasi-iqtisadi böhran, torpaqlarımızın bir hissəsinin işğal olunmasının respublikadakı vəziyyəti daha da acınacaqlı etməsi, ulu öndər Heydər Əliyevin belə bir çətin anda xalqın təkidi ilə ölkə rəhbərliyinə gəlməsi, Azərbaycanı tənəzzüldən qurtuluş yoluna çıxarması və respublika üçün ən taleyüklü məqamlarda müstəqilliyimizi qoruyub saxlayaraq xilaskarlıq missiyasını böyük cəsarət və fədakarlıqla yerinə yetirməsi haqqında ətraflı danışıb.

Müstəqilliyin hər bir insan və hər bir dövlət üçün ən böyük dəyər olduğunu vurğulayan Milli Məclisin deputatı diqqətə çatdırıb ki, bu gün dünyada 5 minə yaxın millət olsa da, BMT-nin üzvü olan sadəcə 195 dövlət var. Bu dövlətlərin də müasir qloballaşan dünyada müstəqilliyi bir qədər nisbi xarakter daşıyır. Çünki bütün dövlətlər istər siyasi, istərsə iqtisadi cəhətdən bir-birindən ciddi şəkildə asılıdırlar. Qeyd olunub ki, müstəqillik hər dövlətə nəsib olmur, çünki siyasi cəhətdən müstəqil olmaq üçün dövlət hər şeydən əvvəl iqtisadi cəhətdən müstəqil olmalıdır. Dövlətin ərazisinin və əhalisinin təhlükəsizliyini təmin etmək üçün güclü ordusu olmalıdır. Dövlət müstəqil siyasət yürütməyə qadir olmalıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanın məhz bu mənalarda müstəqil olması üçün ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illərdə möhkəm siyasi və iqtisadi təməllər formalaşdırıb, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması üçün davamlı və dayanıqlı inkişafı təmin edən siyasi kurs müəyyənləşdirib, bütün sosial-iqtisadi sahələrdə əsaslı və sistemli islahatlar həyata keçirib, keçid dövrünün problemlərini həll edib və Azərbaycan tənəzzüldən inkişaf, tərəqqi yoluna qədəm qoyub.

Azərbaycanın müstəqil dövlətçiliyinin bu gün də etibarlı əllərdə olduğunu qeyd edən Ş.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkə daxilində və beynəlxalq səviyyədə qazanılan uğurlar, Azərbaycanda müşahidə olunan dinamik iqtisadi tərəqqi, ölkədə yüksək səviyyədə təmin olunmuş ictimai-siyasi sabitlik və gündən-günə daha möhkəmlənən xalq-iqtidar-ordu birliyi haqqında geniş məlumat verib. Deputat diqqətə çatdırıb ki, hazırda dünyada fərqli inkişaf səviyyəsinə malik ölkələr arasında yüzlərlə problem mövcuddur. Avropa kimi nəhəng qitə BREXIT məsələsi və miqrantlarla bağlı problemlər qarşısında aciz qalıb, ABŞ-ın Azərbaycanın yaxın qonşusu olan dövlətlərə – İrana, Türkiyəyə, Rusiyaya qarşı gündən-günə sərtləşdirdiyi sanksiyalar nəticəsində bu ölkələrdə gedən devalvasiya prosesləri, ticarət müharibələri yaxın coğrafiyamızda geoiqtisadi vəziyyəti ildən-ilə daha da mürəkkəbləşdirir. Bütün bunlara baxmayaraq, Azərbaycan inkişaf yolunu uğurla davam etdirir və iqtisadi, hərbi gücünü artırır. Vurğulanıb ki, müstəqil dövlətçiliyimiz əbədidir, dönməzdir, etibarlı əllərdədir və Azərbaycanı gələcəkdə daha böyük uğurlar, qələbələr gözləyir.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş AMEA-nın Botanika İnstitutunun bir qrup əməkdaşına partiya üzvlük vəsiqələri təqdim olunub.

Vəsiqə alan institut əməkdaşlarını təbrik edən Ş.Hacıyev deyib ki, Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən əlamətdar və tarixi gün – 18 oktyabr ərəfəsində YAP üzvlük vəsiqəsini almaq partiya üzvü üçün böyük və yaddaqalan hadisədir. Deputat hazırda sıralarında 710 mindən çox üzvü birləşdirən YAP-ın respublikamızda həyata keçirilən bütün işlərdə özünəməxsus yeri və rolu olduğunu diqqətə çatdırıb. O, əminliyini bildirib ki, partiyamızın lideri, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə qələbələr partiyası olan YAP bundan sonra da böyük uğurlara imza atacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib