CƏMİYYƏT


YAP-ın nümayəndələri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Anım Günü ilə əlaqədar Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra hər iki Şəhidlər xiyabanı ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının, Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirələri ehtiramla yad olunub, məzarlarının önünə gül dəstələri qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.