Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“YARAT”-da “Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram” adlı qrup sərgisi davam edir VİDEO

Bakı, 11 iyun, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Məkanının “Virtual ARTIM” Layihə Məkanında Ağababa Bağırov, Katerina Bortsova, Coşua Dayson, Leyli Əhmədova, Murad Əkbərli, Natiq Əsgər, "You Open a Box" art-kollektivi, Lukaş Horbov, Laura İqe, Martina Morqer, Rehan Miskçi, Furuq Noei, Florian Nitş, Natan M.Kollis, Cey Rexştayner, Qafar Rzayev, Nadya Sayapina, Yuliya Smirnova, Alina Şvibbe, Pudji Utomo, Nina Traub və Lukas Zerbst duetinin əsərlərindən ibarət “Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram” adlı qrup sərgisi davam edir.

“YARAT”-dan AZƏRTAC-a bildirilib ki, sərgi koronavirus pandemiyasına həsr olunub. İnsanları yaşamaq üçün alternativlər axtarmağa məcbur edən fəlakətlərdən birini xatırladan sərgi Yer kürəsinin sakinlərinin bu fövqəladə vəziyyətə qarşı müxtəlif reaksiyalarını əks etdirir. Sərgiyə qatılmazdan əvvəl, süni intellekt, robot və insanların kəsişməsində olan hibridlər kimi avatarlar yarada bilərsiniz.

Sərginin adı və konseptual təbəqəsi Qreq İqanın “Karantin” (1992) elmi-fantastik romanından ilhamlanıb. Əsərdə hadisələr yaxın gələcəkdə, 2034-2080-ci illərdə cərəyan edir. Günəş sistemi naməlum səbəblərə görə nəhəng qovuq tərəfindən izolyasiya olunur. Bu, geniş ictimai çaxnaşmalar, klaustrofobiya və terror aktlarına səbəb olur. Kütləvi psixoz hallarını aradan qaldırmaq üçün ən yeni imkanlara malik qabaqcıl bio və nanotexnologiyaların istifadə olunduğu neyron modullar insanların beyninə quraşdırılır. Onlar insanda müəyyən bacarıqlar, müxtəlif emosiyalar, dəyişdirilmiş şüur durumları yaratmaqla yanaşı, qeyri-qanuni nəzarət sistemləri və müxtəlif effektləri tətbiq edir. Əsər kvant mexanikasının paralel hadisələr, müşahidəçinin gözləntilərinin vacib rolu, eləcə də insanın beynindəki dalğaların gücünün bütün sistemi darmadağın etmək iqtidarında olması ilə bağlı nəzəriyyələri ilə uzlaşır. Sərgi məkanı bu metafizik nöqteyi-nəzəri əks etdirir. Ziyarətçilər paralel olaraq digər insanlar arasında baş verən imkanların müxtəlifliyini araşdıraraq müxtəlif emosional durumlara “səyahət etmək”, idarəetmə sistemlərinin nəzarətindən, son olaraq bu qeyri-müəyyən, bulanıq durumdan xilas olmaq arzusunu yaşaya biləcəklər.

Yeni fəaliyyətə başlayan rəssamların təqdim etdiyi əsərlər COVID-19 qlobal böhranının səbəb olduğu karantinin fonunda, müxtəlif mümkün və qeyri-mümkün durumları və mövqeləri nümayiş etdirir. Əsərlərdə izolyasiyanın səbəb olduğu, bu gün geniş vüsət alan rəqəmsal və fiziki yaradıcılıqda bədii ifadə formasını tapmış yalnızlıq və olduqca qaranlıq əhval-ruhiyyə ortaya çıxır. Eyni zamanda, virtual məkanı təcrübə və macəra üçün yeni fürsət hesab edən, lakin sosial şəbəkələrdə özlərini süni təmsil edənlər haqqında tənqidi düşünən, saxta, şişirdilmiş “fağır” mövqeləri şübhə altına qoyan səslər təqdim olunur. Gündəlik həyatın gözəlliyini əks etdirən əsərlər isə yeni məna səviyyəsini formalaşdırır. Onlar gündəlik həyatın bayağı hadisələrini yumoristik və sənədli formada “xüsusiləşdirir” və bizi kiçik hadisələrin gözəlliyindən zövq almağa stimullaşdırır. Ekspozisiyalardan biri, əlavə olaraq gender stereotipləri haqqında təsəvvürləri şübhə altına qoyan "həyatın dramı" mövzusuna həsr olunub. Görəsən, əhval-ruhiyyəmizin qəfil dəyişkənliyi necə ifadə olunur? Emosional "partlayışlarla", yoxsa özümüzə qapanmaqla? Növbəti mərhələ, izolyasiya dövründə birlik və vəhdət hissinin necə qurulduğunu və yaşandığını göstərir. Buna misal olaraq, art rezidensiya məkanına bağlı rəssamların "yaradıcı birlik" formalarını yaratmasını göstərmək olar. Döşəkağı bayrağa çevriləndə, sülh və əmin-amanlıq da paralel vəziyyətə çevrilir və biz, harmoniya durumunu ağ labirint vasitəsilə tapa bilirik. Bir tərəfdən, xaricdən bizə zorla qəbul etdirilən durğunluq narazılıq səsləri, üsyan istəkləri və jestləri doğurur. Digər tərəfdən isə, gündəlik səs-küylər, titrəyən və əriyib yox olan, sonsuz ölçüləri ehtiva edən bir məkana çevrilir. Bu durumların "nə" və ya "kim" tərəfindən yaradılmasına məhz biz qərar veririk: beynimiz, süni intellektin emosional rejimi və ya ancaq digər qavrayış ölçüsündən başa düşülə biləcək bir matrisa.

Sərgi avqustun 22-dək davam edəcək.

AYAZ tərəfindən musiqi seti

Məkan: Virtual ARTIM Layihə Məkanı

Ətraflı məlumat: www.yarat.az; (+994)50 246 9292

Virtual sərgiyə daxilolma təlimatları aşağıda qeyd olunub.

Təlimatlar

Sərgiyə daxil olmaq üçün Microsoft sistemi olan kompüter lazımdır IOS sistemli kompüterlər üçün giriş prosesi hazırlanır və qısa müddətdə mümkün olacaq). Tətbiq yalnız kompüterlərdə işləyir.

Sərgiyə daxil olmaq üçün:

• Tətbiqi yükləyin

• Qovluğu açın

• Qovluğu kompüterin desktopuna atın

• Vriendly.exe faylını açın (“Microsoft” yazılı pəncərə açılırsa və bu proqramı işə salmağa icazə vermirsə, “More info” yazısını basın, daha sonra isə “Run anyway” düyməsini)

• İstifadəçi adınızı daxil edin

• Giriş düyməsini basın

• Avatarınızı yaradın

• Logini seçin

Sərgi daxilində:

• Danışa və digər insanlarla ünsiyyət qura bilərsiniz

• Videoəsərləri görmək istəyirsinizsə, proyeksiya divarına yaxınlaşın və videolar işə düşəcək

• Hərəkət etmək üçün W düyməsini, sağa-sola çevrilmək üçün isə siçanı və ya taçpad və yaxud da Q

və E düymələrindən istifadə edin

• Səsi eşitmək üçün qulaqlıq simvolunu basın

• Sənət əsərləri haqqında daha çox məlumat əldə etmək üçün İnfo düyməsini basın

Sərgidən çıxmaq üçün:

• Siçanın sağ düyməsini bir neçə saniyə basıb saxlayın

• Parametrlər pəncərəsi peyda olacaq

• Çıxışı seçin

Tətbiqi yükləmək üçün:

Windows: https://bit.ly/3dJ8yGf

Mac: https://bit.ly/3h4BElj

ARTIM haqqında

İçərişəhərdə yerləşən “ARTIM” Layihə Məkanının başlıca diqqəti gənc rəssamlara yönəlib və əsas məqsədi yenicə üzə çıxan istedadların inkişafını dəstəkləmək və həvəsləndirməkdir. Bu məkan, incəsənət əsərləri ilə eksperimentlərin keçirilməsi, onların peşəkar nümayişi üçün platforma sayılır. Gənc yaradıcı insanlar müxtəlif “ARTIM” proqramlarında iştiraka dəvət olunurlar.

“Vriendly” ilk növbədə sahibkarlara və startaplara yönəlmiş innovasiyanı, təhsili və həyatı gələcəkdə dəyişdirmək üçün GAAS virtual mühitidir. “Vriendly”in sonsuz çoxmövzulu otaqları və xüsusi alət dəsti ilə 3D formatına uyğunlaşdırılmış mühiti istifadəçilərə effektiv seansları mənalı bir şəkildə keçirməyə imkan verir. İnanırıq ki, istər gözəl dizayn edilmiş lövhədə rəsm çəkmək və mətn yazmaq, paylaşmaq, sessiyalar vasitəsilə faylları platformaya yükləmək və ya istərsə də bir-biriniz ilə danışıb əlaqə yaratmaq olsun Vriendly virtual platforması öyrənmək və zövq almaq üçün mənalı təcrübə yaradır.

“YARAT”-da “Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram” adlı qrup sərgisi davam edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: “Heydər Əliyev şəkillərdə”

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib