MƏDƏNİYYƏT


“YARAT” da növbəti konsert klassik musiqiyə həsr ediləcək

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 20-də “YARAT” Müasir İncəsənət Mərkəzi “Yay klassikası” adlı konsert proqramını təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, konsertdə məşhur bəstəkarlar İohan Sebastyan Bax, Lüdviq van Bethoven və Jül Massnenin bənzərsiz musiqilərinə yer veriləcək.

Konsert proqramında musiqisevərlər gənc ifaçılar Günel Bəkirova (piano) və Aydan Salamovanın (skripka) təqdim edəcəyi musiqi nömrələrini dinləyə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.