MƏDƏNİYYƏT
“YARAT” qısametrajlı film festivalına hazırlaşır
Bakı, 18 may, AZƏRTAC
Mayın 23-də “YARAT” Müasir İncəsənət Mərkəzi “Future shorts” adlı qısametrajlı film festivalına start verəcək.
AZƏRTAC xəbər verir ki, yaradıcı qruplar və fərdlər üçün meydan olan “YARAT Freestyle” proqramı çərçivəsində baş tutacaq yeni yaz mövsümü toplusunun nümayişi açıq səma altında gerçəkləşəcək. YAY Qalereyasında reallaşacaq festivalda nümayiş olunacaq filmləri kinosevərlər rus dilində subtitrlər vasitəsilə izləyə biləcək. İki gün davam edəcək festival çərçivəsində yeddi ekran əsəri təqdim olunacaq.
Qeyd edək ki, festival mövcud olduğu 12 il ərzində Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb.
Həmçinin, festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]