YAZIÇILAR BİRLİYİNDƏ GƏNC YAZARLARLAGÖRÜŞ OLMUŞDUR
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyanın sədri Anar Rzayev “Sabah”, “Mühafizəkar gənclər”, “Azərbaycan vətənpərvərlər birliyi” və digər gənclər təşkilatlarının nümayəndələri ilə görüşmüşdür. Görüşdə belə tədbirlərin ardıcıl keçirilməsinin əhəmiyyəti vurğulanmış, ölkəmizdə ədəbiyyatın, mədəniyyətin inkişafı və milli mənəvi dəyərlərimizin qorunması istiqamətində görülən işlər, bu sahədəki problemlərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılmışdır. Yazıçı Anar gənc yazarların sağlam vətəndaşlıq mövqeyində dayandıqlarını bildirmiş, onları müstəqilliymizin verdiyi geniş imkanlardan istifadə edərək keyfiyyətli və əhəmiyyətli əsərlər yazmağa çağırmışdır.