ELM VƏ TƏHSİL
YENİ DƏRS İLİNDƏ YENİ MƏKTƏBƏ
Kolagirlilərin sevincini bölüşməyə gələn fəxri qonaqlar - Gürcüstan Prezidentinin Kvemo Kartli - Borçalı bölgəsində səlahiyyətli nümayəndəsi Levan Mamaladze, Bolnisi rayon icra hakimiyyətinin başçısı Zurab Çaparidze, Tamarisi qəsəbə məclisinin sədri Teymur Məmmədov və başqaları məktəbin müəllim və şagirdlərini təbrik etdilər, onlara təhsildə uğurlar arzuladılar. L.Mamaladze çıxışında Azərbaycan Prezidenti Heydər Əliyevə və Baş nazir İlham Əliyevə Gürcüstandakı Azərbaycan məktəblərinə qayğı və diqqətinə, onların hər il dərsliklərlə pulsuz təmin edilməsinə görə bütün soydaşlarımız adından dərin minnətdarlığını bildirdi və Gürcüstanın, gürcü xalqının xeyirxahı, əziz dostu olan dövlətimizin başçısının tezliklə sağalıb Vətənə dönməsini arzuladı.