ELM VƏ TƏHSİL
YENİ TİPLİ TEST TAPŞIRIQLARI NÜMUNƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 28 yanvar (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirmişlər ki, kimya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin və ayrı-ayrı təhsil müəssisələri nümayəndələrinin iştirak etdikləri seminarda yeni tipli test tapşırıqları nümunələri müzakirə olunmuşdur.
Müzakirələr nəticəsində kimyəvi proseslərin mahiyyətinin açılmasını tələb edən, daha çox məntiqi düşüncəyə və nəzəri biliklərin tətbiqinə əsaslanan test tapşırıqlarının, irad və təkliflər nəzərə alınmaqla, testlər bankı üçün işlənilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]