ELM VƏ TƏHSİL


YER KÜRƏSİNİN OZON TƏBƏQƏSİNİN DAĞILMASININ SÜRƏTİ AZALMIŞDIR

Atmosferin yuxarı qatlarındakı prosesləri izləyən qərb alimləri Yer kürəsinin ozon təbəqəsinin dağılması sürətinin sabit şəkildə azalmasını qeydə almışlar. Məlum olmuşdur ki, ozon təbəqəsinin yox olmasının sürəti iki dəfə azalmışdır.

Mütəxəssislərin fikrincə, planetimizin Kosmos şüalarından qorunmasında başlıca rol oynayan ozon təbəqəsi yaxın 50 il ərzində tamamilə bərpa oluna bilər. Alimlər hesab edirlər ki, müsbət dəyişikliklər, ilk növbədə, ozon təbəqəsinin dağılmasına şərait yaradan aktiv kimyəvi maddələrin istehsalının və istifadə olunmasının dayandırılması üçün dünyanın bütün ölkələrinin hökumətləri tərəfindən həyata keçirilmiş birgə tədbirlərlə bağlıdır.

Ozon təbəqəsinin tədricən yox olması problemi ötən əsrin 70-ci illərində meydana çıxmışdı. Nəticədə 1987-ci ildə soyuducu qurğularda istifadə edilən və atmosferə daxil olaraq ozon təbəqəsini dağıdan qazlar və aktiv kimyəvi maddələri qadağan edən məşhur Monreal protokolu imzalanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.