DÜNYA


YURİ LUJKOV ÜÇÜNCÜ DƏFƏ MOSKVANIN MERİ SEÇİLDİ

AZƏRTAC-ın müxbiri Moskvadan xəbər verir ki, 67 yaşlı Yuri Lujkov dalbadal üçüncü dəfə Rusiya paytaxtının meri seçilmişdir. Dekabrın 7-də keçirilmiş seçkilərdə iştirak etmiş moskvalıların 74,9 faizi ona səs vermişdir. Moskva şəhər seçki komissiyasının sədri Valentin Qorbunov bildirmişdir ki, paytaxtın bütün 3199 seçki məntəqəsində dekabrın 8-də günortayadək bülletenlərin 95 faizi hesablanmışdır.

Xatırladaq ki, Y.Lujkov Moskvanın meri vəzifəsinə ilk dəfə 1996-cı ilin iyununda seçilmişdir. Həmin seçkilərdə o, səslərin 89,64 faizini toplamışdı. Üç il sonra, 1999-cu ilin dekabrında seçicilərin 69,89 faizi yenə də ona səs vermişdir.

Qüvvədə olan qanunvericilik federasiya subyektlərinin başçılarına iki müddətdən artıq seçilməsini qadağan edir. Lakin 2002-ci ilin iyulunda RF Konstitusiya Məhkəməsi qərar çıxarmışdır ki, region başçılarının hakimiyyətdə olması müddəti “RF subyektlərinin dövlət hakimiyyəti təşkilinin ümumi prinsipləri haqqında” qanunun 1999-cu ilin oktyabrından qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır.

V.Qorbunov demişdir ki, paytaxt merinin seçkilərində qeydiyyata alınmış 6 milyon 888 min seçicinin 57 faizi iştirak etmişdir. Seçkilərin rəsmi nəticələri dekabrın 10-da açıqlanacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.