SİYASƏT


Yan Zahradil: Çox şadıq ki, Alyansımız Azərbaycanla sıx əməkdaşlıq edir VİDEO

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan vacib və nadir ölkədir. Təəssüf ki, Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul olunub, buna son qoyulmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil deyib.

Yan Zahradil bildirib ki, sabitlik olmadan uğur qazanmaq mümkün deyil: “Çox şadıq ki, Alyansımız Azərbaycanla sıx əməkdaşlıq edir. Ancaq bununla belə, hesab edirik ki, müxtəlif sahələrdə əməkdaşlıq genişləndirilməlidir. Hər zaman Azərbaycanın yanındayıq və reallığı qəbul edirik. Bizim Alyansımızın simvolu alovlu şirdir, Azərbaycan da odlar ölkəsidir”.

Alyansın prezidenti qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur. Təəssüf ki, parlament üsul-idarəsinə əsaslanan Cümhuriyyət cəmi iki il hökm sürdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.