CƏMİYYƏT


“Yanğın təhlükəsizliyi ayı”nın 20 günü ərzində 34 mindən çox şəxs maarifləndirilib

Bakı, 22 fevral, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən 2019-cu il fevralın 1-dən keçirilən “Yanğın təhlükəsizliyi ayı”nın 20 günü ərzində ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin şəxsi heyəti tərəfindən 600 təbliğat xarakterli tədbir keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, bu müddətdə 34 min 872 nəfər yanğın təhlükəsizliyi sahəsində maarifləndirilib, 62 ünvanda yolun hərəkət hissəsinin bağlanmasına səbəb olan maneələr demontaj edilib, 80 ünvanda yanğına qarşı su təchizatı qurğusunun nasaz olması aşkarlanıb.

Yaşayış kompleksləri yerləşən 52 müxtəlif ünvanda “şərti yanğın” həyəcan siqnalı verilərək əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikaları cəlb olunub, mövcud əməliyyat şəraiti qiymətləndirilib.

Aşkarlanmış yanğına qarşı çatışmazlıqların qısa zaman kəsiyində aradan qaldırılması məqsədilə müvafiq icra strukturlarına məktublar ünvanlanıb.

Bu istiqamətdəki tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.