DÜNYA


Yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 826,8 milyon dollar təşkil edib

Tbilisi, 20 fevral, AZƏRTAC

Cari ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 1,2 faiz artaraq 826,8 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında məlumat verilir. Bildirilir ki, yanvar ayında xarici ticarətdə ixracın həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 238,8 milyon dollar olub. İdxalın həcmi isə 1,1 faiz azalaraq 588 milyon dollar təşkil edib. Xarici ticarətdə 349,2 milyon dollar həcmində mənfi saldo yaranıb.

Məlumatda deyilir ki, 2019-cu ilin yanvar ayında Gürcüstanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi 6,5 faiz azalaraq 199,2 milyon dollara enib. Aİ ölkələri ilə ixrac 2018-ci ilin yanvar ayı ilə müqayisədə 7 faiz azalaraq 59,7 milyon dollar, idxal isə 6,4 faiz azalaraq 139,5 milyon dollar təşkil edib.

Gürcüstanın MDB ölkələri ilə də ticarət dövriyyəsi 2,6 faiz azalaraq 294,3 milyon dollar olub.

Bununla belə ixrac 55,2 faiz artaraq 125,4 milyon dollar, idxal isə 23,8 faiz azalaraq 168,9 milyon dollar təşkil edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.