İQTİSADİYYAT


Yanvar ayında kənd təsərrüfatı məhsullarının istehsalı 3,3 faiz artıb

Yanvar ayında kənd təsərrüfatı məhsullarının istehsalı 3,3 faiz artıb

Bakı, 15 mart, AZƏRTAC

Kənd təsərrüfatında 2023-cü ilin yanvar ayında diri çəkidə 45,6 min ton ət, 160,7 min ton süd, 182,1 milyon ədəd yumurta və 20,5 min ton tərəvəz istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,8 faiz, süd istehsalı 1,0 faiz, yumurta istehsalı 16,0 faiz və tərəvəz istehsalı 1,5 faiz artıb.

2022-ci ilin yanvar ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,4 faiz, bitkiçilik məhsulları istehsalı 2,0 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.