İQTİSADİYYAT


Yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi 2,6 faiz artıb

Bakı, 19 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul ayları ərzində ictimai iaşə dövriyyəsi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artaraq 718,3 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 292,7 milyon manata çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.