İQTİSADİYYAT
Yanvar-may aylarında "Azərkosmos" 19 ölkəyə xidmət ixrac edib
Bakı, 3 iyul, AZƏRTAC
Yanvar-may aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Departament rəhbəri qeyd edib ki, beş ayda ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 11 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirinin 88 faizini təşkil edib. May ayında isə "Azərkosmos" ASC-nin xidmət ixracının dəyəri 1,6 milyon dollar olub. ASC-nin xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrdir.