İQTİSADİYYAT


Yanvar-noyabr aylarında dəniz nəqliyyatı ilə 849 milyon dollarlıq yük daşınıb

Bakı, 17 dekabr, AZƏRTAC

Cari ilin 11 ayında dəniz nəqliyyatı ilə ümumilikdə 1,4 milyon tona yaxın yük daşınıb ki, bu yüklərin dəyəri 848,9 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dövrdə dəniz nəqliyyatı ilə ixrac olunan 312,8 min ton yükün dəyəri 140,6 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1 milyon tondan çox, dəyəri isə 708,3 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.