İQTİSADİYYAT
Yanvar-noyabrda avtomobil istehsalı 29,1 dəfə artıb
Bakı, 19 dekabr, AZƏRTAC
Yanvar-noyabr aylarında avtomobil istehsalı 29,1 dəfə artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 249,7 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 29,1 dəfə artıb, maşın və avadanlıqların istehsalı 24,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7 faiz azalıb. Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 1220 ədəd traktor, 794 ədəd minik avtomobili istehsal olunub, mancanaq dəzgahlarının istehsalı 2,2 dəfə, ştanqlı quyu nasoslarının istehsalı isə 3,9 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]