İQTİSADİYYAT


“Yapı Kredi Bank” fərdi müştəriləri üçün yeni kampaniyaya başlayır

Bakı, 11 avqust (AZƏRTAC). “Yapı Kredi Bank” Azərbaycan internet bankçılıq xidmətindən istifadə edən fərdi müştəriləri üçün yeni kampaniya təqdim edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, avqustun 11-dən sentyabrın 11-dək internet bankçılıq xidməti ilə istər hesabından, istərsə də kredit kartından faktura ödənişi edən fərdi müştərilər ödənişin 25 faizi qədər bal qazanacaqlar. Faktura ödənişinə kommunal, mobil, kabel TV, statsionar telefon, internet ödənişləri daxildir.

Kampaniya müddətində dünyanın istənilən nöqtəsindən faktura ödənişlərini etməklə əlavə ballar qazanmaq mümkündür. Qazanılan ballar kampaniya bitdikdən sonra 5 iş günü ərzində “Worldcard”a və ya “Pulkart”a yüklənəcək.

İnternet bankçılıq xidmətinə qoşulmaq üçün “Yapı Kredi Bank”ın filiallarından birində qeydiyyatdan keçmək kifayətdir. Kampaniyadan yararlanmaq üçün bank tərəfindən verilmiş müştəri nömrəsi və şifrə ilə www.yapikredi.com.az saytının “Fərdi internet bankçılıq” bölməsindən faktura ödənişi edilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.