ELM VƏ TƏHSİL
Yapışqanlı sualtı robot-casus hazırlanıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Hazırda okeanları müşahidə etmək üçün kifayət qədər böyük həcmli robotlardan istifadə olunur. Pekin Universitetinin tədqiqatçıları dəniz heyvanına yapışan və onunla birlikdə səyahət edərək lazımlı məlumatlar toplayan robot hazırlayıblar.
Alimlər qrupunun rəhbəri Li Venin sözlərinə görə, bu “dəniz casusları” dəniz heyvanlarına və ekologiyaya heç bir zərər yetirmir. Belə robotların əsas üstünlüyü ondadır ki, onlar lazımi obyektləri uzun müddət müşahidə etməli olmayacaq. Bunu yalnız bir dəfə etmək yetərlidir.
AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, bu yumşaq “yastıq” formasına görə balığın üzgəcinə bənzəyir. Bu “yastıqda” onların vəziyyətini nizama salan, karbon lifindən hazırlanmış mindən çox kiçik tikan yerləşdirilib. Bu tikanlar remora balığının təbii versiyasını tamamilə təqlid edir və “daşıyıcıya” zərər yetirmir.
“Casus balıqlar” qurğusu öz çəkisindən 340 dəfə çox çəkiyə tab gətirir. Alimlər iddia edirlər ki, bu kimi robotlar çox faydalı ola bilər. Onlar dəniz sakinlərinin yerdəyişməsini izləyəcək, xəritəsini çəkəcək, dənizin nadir sakinlərinin yaşama yerlərini qeyd edəcək, həmçinin yeni heyvan növlərini aşkara çıxaracaqlar.